Səkkiz gün öncə qəzaya düşən şəxs öldü

sekkiz-gun-once-qezaya-dusen-sexs-oldu
Oxunma sayı: 1146

Mayın 26-da Lənkəran rayonunda avtomobilin aşması nəticəsində ağır xəsarət alan sərnişin vəfat edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə Ələt-Astara-İran sərhədi avtomobil yolunun Hirkan qəsəbəsindən keçən hissəsində baş verib. 

Lənkəran şəhər sakini, 1979-cu il təvəllüdlü Mikayıl Hüseynov Bakıya gələrkən idarə etdiyi “Kia Rio” markalı avtomobili aşırıb. Nəticədə sərnişini, 1968-ci il təvəllüdlü Mübariz Kərimov xəsarət alaraq Lənkəran Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır olduğu üçün daha sonra Bakıda xəstəxanaya köçürülüb və iyunun 2-də müalicə aldığı “Bakı Medical Plaza” klinikasında ölüb.

Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.

Murad Əhməd