“Səmayə Məmmədova Basketbol Federasiyasında işləyəcək” - Yenilənib

semaye-memmedova-basketbol-federasiyasinda-isleyecek
Oxunma sayı: 9387

Gənclər və İdman Nazirliyinin Mətbuat xidmətinin sabiq rəhbəri Səmayə Məmmədova Təhsil Nazirliyində işə başlayıb. 

Onun hansı vəzifəyə təyinat aldığı isə hələ tam dəqiqləşməyib. 

Məlumatı “Qafqazinfo”ya nazir Emin Əmrullayev də təsdiq edib: “Bəli, o, hazırda bizdə işləyir”.

***

“Qafqazinfo”nun sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, Səmayə Məmmədova Azərbaycan Basketbol Federasiyasının,  eləcə də bir sıra layihələrin PR fəaliyyəti ilə məşğul olacaq.

***

Səmayə Məmmədova məsələ barədə feysbuk hesabında paylaşım edib:

"Bu gün məni təbrik edən, xoş sözlər yazan dəyərli dostlar, hər birinizə sonsuz təşəkkür edib, məsələyə özüm aydınlıq gətirmək istəyirəm. Mən təhsil naziri Emin Əmrullayevin dəvəti ilə Təhsil Nazirliyinin bir sıra layihələrinin, eləcə də, basketbol federasiyasının PR və kommunikasiya məsələləri üzrə  konsultant olaraq qurumla  əməkdaşlıq edirəm. Nə nazirlikdə, nə də federasiyada  rəsmi olaraq çalışmıram. Bir daha hər birinizə minnətdaram!"

Elsevər Məmmədov