Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası - Fotolar

saglamliq-ve-istirahet-merkezinde-agacekme-aksiyasi
Oxunma sayı: 77

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 8 Noyabr - Zəfər Günü ilə əlaqədar Səməd Vurğun adına Sağlamlıq və İstirahət Mərkəzində ağacəkmə aksiyası təşkil olunub.

“Qafqazinfo” xəbər verir ki, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunmasına dəstək məqsədilə keçirilən aksiyada Konfederasiyanın, üzv və tabe təşkilatların əməkdaşları, həmkarlar ittifaqlarının üzvləri, AHİK könüllüləri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə ağaclar əkilib, yaşıllıqlara qulluq göstərilib.