Şəmkirdə ağır qəza - Ölən var

semkirde-agir-qeza
Oxunma sayı: 1474

Şəmkirdə ağır yol qəzası olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. 

Belə ki, “VAZ 2106” avtomobil digər minik maşını ilə toqquşub. Nəticədə “VAZ 2106” avtomobilinin sürücüsü, Şəmkirin Qədimqala kənd sakini, 1962-ci il təvəllüdlü Eldəniz Mətiyev ölüb, 1981-ci il təvəllüdü Elnur Hüseynov Nürəddin oğlu, 2002-ci il təvəllüdlü Ceyhun Salmanov və 1968-ci il təvəllüdlü Həqiqət Gözəlova yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev