Serenay 7, Kendall 2 milyon - Video

serenay-7-kendall-2-milyon
Oxunma sayı: 469

Məşhur türkiyəli aktrisa Serenay Sarıkaya Paris Moda Həftəsi çərçivəsində keçirilən “Le Défilé” tədbirində podiuma çıxıb.

“Qafqazinfo” xəbər verir ki, onun nümayişdəki çıxışı sosial şəbəkələrdə böyük maraqla qarşılanıb.

Belə ki, Serenay Sarıkayanın podiumdakı gəzintisini əks etdirən və qlobal sosial media hesabında paylaşılan video qısa müddətdə 7 milyon baxış sayı toplayıb.

Bildirilir ki, həmin tədbirdə eyni podiumda addımlayan dünyaşöhrətli model Kendall Jennerin videosu isə 2 milyon baxış əldə edib.