“Sərhədçi” bu mövsüm ilk qələbəsini qazandı

serhedci-bu-movsum-ilk-qelebesini-qazandi
Oxunma sayı: 1572

Bu gün Şəki Olimpiya İdman Kompleksində Azərbaycan Basketbol Liqasının (ABL) ikinci turunun son oyunu baş tutub. 

“Qafqazinfo” xəbər verir ki, ilk turda məğlub olmuş "Sərhədçi", səfərdə "Şəki" klubu ilə qarşılaşıb.

Oyuna üstün başlayan sərhədçilər yekunda rəqib üzərində 81-74 hesablı qələbəyə seviniblər.

Ən məhsuldar basketbolçular: "Şəki" (Kris Klark - 24 xal, 5 ribaund), "Sərhədçi" (Cekson Rid - 30 xal, 5 ribaund).