Sərnişin ekipaj üzvünü dişlədi, təyyarə təcili eniş etdi - Video

sernisin-ekipaj-uzvunu-disledi-teyyare-tecili-enis-etdi
Oxunma sayı: 372

Avstraliyanın Melburn şəhərindən ABŞ-nin Texas ştatının Dallas şəhərinə uçan “Qantas Airways” aviaşirkətinə məxsus sərnişin təyyarəsində insident baş verib.

“Qafqazinfo” xəbər verir ki, uçuş zamanı sərnişinlərdən biri kabin heyətinə hücum edərək, ekipaj üzvünü dişləyib.

Hadisə təxminən uçuşun bir neçə saatından sonra baş verib.

Şahidlərin bildirdiyinə əsasən, sərnişinin sərxoş olduğu ehtimal edilir və o, kabin heyətinin xəbərdarlıqlarına baxmayaraq, aqressiv davranışını davam etdirib. Təyyarədə yaranan gərginlik zamanı bəzi sərnişinlərin də müdaxilə edərək vəziyyəti sakitləşdirməyə çalışdığı qeyd olunur.

Pilot təhlükəsizlik səbəbilə marşrutu dəyişərək, təyyarəni Fransız Polineziyasında yerləşən Taiti adasının paytaxtı Papeete şəhərinə yönləndirib və orada təcili eniş həyata keçirilib.

Enişdən sonra polis tərəfindən sərnişin nəzarətə alınıb. Aviaşirkət isə həmin şəxsə ömürlük uçuş qadağası tətbiq edildiyini açıqlayıb.

Təyyarə yanacaq doldurulduqdan sonra səfərinə davam edib və Dallas istiqamətinə yola düşüb. Hadisə səbəbindən reysin bir neçə saat gecikdiyi bildirilib.