Səudiyyə Ərəbistanı həmin hücumu təsdiqlədi

seudiyye-erebistani-hemin-hucumu-tesdiqledi
Oxunma sayı: 449

Səudiyyə Ərəbistanının Şərq-Qərb neft kəmərinə hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, Krallığın Energetika Nazirliyi hadisəni “X” sosial şəbəkəsində təsdiqləyib.

Nazirlik sentyabrın 10-da həyata keçirilən bir neçə hücum nəticəsində insan tələfatı olduğunu bildirib.

CNN vəziyyətdən xəbərdar olan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb ki, cümə axşamı Səudiyyə Ərəbistanındakı əsas neft kəmərinə mərmi zərbəsi endirilib.

İlkin məlumatlara görə, kəmərin yaxınlığında yerləşən nasos stansiyaları zədələnib.

Hücumlara görə kimin məsuliyyət daşıdığı hələlik məlum deyil, lakin telekanalın mənbələrindən biri obyektin İraqdan buraxılan dronlarla vurulduğunu bildirib.