Sexdəki partlayışda yaralananların vəziyyəti - Açıqlandı

sexdeki-partlayisda-yaralananlarin-veziyyeti
Oxunma sayı: 2009

Yanvarın 15-də Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsinin yaxınlığında sexdə partlayışla əlaqədar TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 16 nəfərin müalicəsi davam etdirilir.

Bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

“Hazırda Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzində müalicə alan 12 nəfərdən 3-nün vəziyyəti ağır stabil, digərlərinin vəziyyətləri isə orta ağır olaraq qalır.

Kliniki Tibbi Mərkəzin müvafiq şöbələrində isə 4 nəfərin müalicəsi davam etdirilir. Onlardan 1-nin vəziyyəti ağır stabil, digərlərinin vəziyyəti orta ağır qiymətləndirilir”, - məlumatda bildirilib.