Türkiyənin bir vaxtlar məşhur seriallarından olan “Sihirli Annem”in “Toprak”ı aktrisa Cennifer Boyner evlilik təklifi alıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı o, instaqram hesabında paylaşıb.
Məlumata görə, 25 yaşlı aktrisa bir müddətdir münasibətdə olduğu müğənni Can Alaosmanın evlilik təklifini qəbul edib.
Bildirilib ki, Cennifer Boyner daha əvvəl verdiyi müsahibədə Can Alaosmanla ilk dəfə İstanbulda bir çəkiliş meydançasında tanış olduqlarını, lakin sonradan “Sihirli Annem” filminin çəkilişlərində yollarının yenidən kəsişdiyini bildirib.
Aktrisanın sözlərinə görə, tanışlıqlarından 2-3 ay sonra bir-birlərini daha yaxından tanımağa başlayıblar.
O, sevgilisi barədə həmin gündən bəri Can mənim ən yaxın dostum, sirdaşım və adı kimi canım oldu ifadələrini işlədib.
Son xəbərlər
Son Xəbərlər