Şikar Bədəlov növbəti qələbəsini qazandı - Video

sikar-bedelov-novbeti-qelebesini-qazandi
Oxunma sayı: 1413

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin idmançısı, kikboksçu Şikar Bədəlov növbəti döyüşünə çıxıb.

“Qafqazinfo” xəbər verir ki, idmançımız 81 kq çəki dərəcəsində “King of Kings” reytinq döyüşündə iştirak edib.

O, niderlandlı kikboksçu Nabil Xazri ilə qarşılaşıb. Türkiyədə keçirilən dueldə Ş.Bədəlov rəqibini məğlub edib.

Qeyd edək ki, Şikar Bədəlov cari ilin fevral ayında “King of Kings” dünya kuboku çərçivəsində Türkiyənin İstanbul şəhərində mərakeşli Noordin El Benmofu birinci raundun ilk dəqiqəsində məğlub edərək dünya kubokunun sahibi olmuşdu.