Sıla Türkoğlu nişanlandı - Fotolar

sila-turkoglu-nisanlandi
Oxunma sayı: 696

Məşhur türkiyəli aktrisa Sıla Türkoğlu ilə sevgilisi Ata Ayyıldız münasibətlərində növbəti mərhələyə keçiblər.

“Qafqazinfo” xəbər verir ki, cütlük nişanlanaraq evliliyə doğru ilk addımı atıb.

Sıla Türkoğlu 2025-ci ilin avqustunda İtaliyanın Komo gölündə sevgilisi Ata Ayyıldızdan evlilik təklifi almışdı. Həmin vaxt aktrisa xoşbəxt anlarını sosial media hesabında paylaşmışdı.

İndi isə cütlükdən daha bir xoş xəbər gəlib. Sıla Türkoğlu və Ata Ayyıldızın nişan mərasimindən sevgi dolu görüntülər sosial mediada paylaşılıb.

Cütlüyün nişan fotoları qısa müddətdə böyük maraq doğurub.