Silahlı şəxslər futbolçuya hücum etdilər

silahli-sexsler-futbolcuya-hucum-etdiler
Oxunma sayı: 1013

Braziliyada “Botafoqo” klubunda oynayan qapıçı Ceffersona silahlı hücum olub.

“Qafqazinfo” Sportal-a istinadən xəbər verir ki, Rio de Janeyroda bir qrup əli silahlı şəxs onun qarşısını kəsərək maşınını əlindən alıblar.

Hazırda silahlı şəxslərin tutulması istiqamətində axtarış aparılır.

Qeyd edək ki, Cefferson 2011-15-ci illər aralığında Braziliya yığmasının da şərəfini qoruyub.