Şimali Kiprdə 267 sərnişini olan gəmi batıb - Ölənlər var + Yenilənib

simali-kiprde-267-sernisini-olan-gemi-batib
Oxunma sayı: 2177

Şimali Kipr Türk Respublikasında (ŞKTR) Girne şəhəri yaxınlığında sərnişin gəmisi batıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Türkiyə KİV məlumat yayıb.

Batan gəmidə 267 sərnişinin olduğu bildirilib.

Məlumata görə, hazırda xilasetmə işləri aparılır.

***

Girnə bələdiyyə başqanı Murat Şenkul göyərtədəki 159 nəfərlə əlaqə yaradıldığını bildirib.

KKTC Baş naziri Ünal Üstel insan tələfatı olduğunu və xilasetmə əməliyyatı üçün bütün resursların səfərbər edildiyini açıqlayıb.

***

Son məlumatlara görə, gəmidə olan 267 nəfərdən 172-si xilas edilib, altı nəfər həyatını itirib.   Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.