“Sinovac” yeni ştama qarşı vaksin yaratmağa hazırdır

sinovac-yeni-stama-qarsi-vaksin-yaratmaga-hazirdir
Oxunma sayı: 1057

Çinin “Sinovac” şirkəti koronavirusun yeni “Omicron” ştamını öyrəndiyini bəyan edib.

“Qafqazinfo” “Penpay” nəşrinə istinadən xəbər verir ki, şirkət lazım gələrsə, yeni ştama qarşı vaksin istehsalına başlamağa hazır olduğunu bildirib.

Maraqlıdır ki, “Sinovac” buna qədər koronavirusun “Qamma” və “Delta” ştamlarına qarşı peyvəndlərin yaradılması üzərində də işləyib.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “Omicron” ştamının yayılması təhlükəsini qlobal risk adlandırıb. Təşkilatın məlumatına görə, yeni ştamdan hələ ki, ölüm faktı qeydə alınmayıb.