SINSAY Azərbaycanda ilk mağazasını Bakıda açdı! - Fotolar

sinsay-azerbaycanda-ilk-magazasini-bakida-acdi
Oxunma sayı: 5671

Mərkəzi və Şərqi Avropanın aparıcı geyim pərakəndə satış qruplarından biri olan Polşanın “LPP S.A.” şirkəti artıq rəsmi olaraq Azərbaycan bazarına daxil olub. Şirkətin ilk SINSAY mağazası Bakının Tofiq Abbasov 5 ünvanında yerləşən Sevinc Mall ticarət mərkəzində fəaliyyətə başlayıb.

1991-ci ildə Qdansk şəhərində təsis edilən “LPP Group”, bu gün “Reserved”, “Cropp”, “House”, “Mohito” və “Sinsay” kimi bir neçə məşhur geyim və aksessuar brendini idarə edir. Hazırda 44 ölkədə 2,000-dən çox mağazaya sahib olan LPP Avropanın ən böyük və sürətlə inkişaf edən geyim pərakəndə satış şirkətlərindən biridir.

Bakıda ilk SINSAY mağazasının açılması, LPP-nin Qafqaz regionunda genişlənmə strategiyasının ilk addımıdır. 2025-ci ilin sonuna qədər şirkət Bakıda daha 5 yeni SINSAY mağazası açmağı planlaşdırır. 2026-cı ildən etibarən isə brend Bakı ilə yanaşı Azərbaycanın digər əsas şəhərləri və yaşayış massivlərini əhatə edəcək şəkildə sürətli inkişaf mərhələsinə keçəcək.

SINSAY brendinin əsas strategiyası – bütün ailə üzvləri üçün geniş çeşiddə məhsulları münasib qiymətlərlə təqdim etməkdir. Burada qadınlar, kişilər, yeniyetmələr, uşaqlar və körpələr üçün geyimlər, eyni zamanda ev dekorasiyası və həyat tərzi məhsulları təklif olunur.