Şinzo Abenin güllələnmə anı - Video

sinzo-abenin-gullelenme-ani
Oxunma sayı: 10026

Xəbər verdiyimiz kimi, Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe Nara şəhərində çıxışı zamanı silahlı hücuma məruz qalıb.

“Qafqazinfo” xəbər verir ki, Yaponiya mediasında Ş.Abenin güllələnməsi və ona hücum edən şəxsin saxlanılması anını əks etdirən görüntülər yayılıb.

Məlum olub ki, sabiq Baş nazirə atəş açan şəxs 41 yaşlı keçmiş dənizçi Teçuya Yamaqami olub. Polis bölməsinə aparılan Yamaqami hazırda dindirilir. Onun Ş.Abeyə hansı səbəbdən atəş açması barədə hələ ki məlumat verilməyib. Bununla belə, Yamaqaminin əldəqayırma odlu silahdan atəş açdığı bəlli olub.