Sentyabrın 26-da gecə saatlarında Abşeron rayonu ərazisində avtomobil siqnalına görə qonşular arasında mübahisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, rayon sakini Əli Axundovla qonşusu İbrahim Həmidov arasında yaranan mübahisəyə Ə.Axundovun oğlu N. qoşularaq kəsici alətlə İ.Həmidova xəsarət yetirib.
Tərəfləri sakitləşdirməyə çalışan İ.Həmidovun qohumu S.Mamedov da xəsarət alıb. Göstərilən tibbi müdaxilələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 2009-cu il təvəllüdlü N.A. saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər