Şirvan şəhərində silsilə tədbirlər keçirilib - Fotolar

sirvan-seherinde-silsile-tedbirler-kecirilib
Oxunma sayı: 1783

Şirvan şəhərinə respublika tabeli şəhər statusu verilməsinin 60 illiyi ilə bağlı dekabrın 28-i Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı İlqar Abbasov din xadimləri və şəhid ailələri ilə birlikdə Şəhidlər xiyabanını ziyarət edib, şəhid ailələri ilə görüşüb.

“Qafqazinfo” xəbər verir ki, dekabrın 29-da keçirilən ümumşəhər tədbirindən öncə isə şəhərin Heydər Əliyev meydanında Şirvan şəhərində istehsal olunan məhsulların sərgisinə və Şirvanın respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinə həsr olunmuş “Şirvan-60” adlı sərgiyə baxış keçirilib.

Sərgidə Şirvan şəhərinin tarixini və bu gününü əks etdirən fotoşəkillər və məlumatlar nümayiş olunub.

Şirvan ŞİH-nin akt zalında davam edən tədbirdə İlqar Abbasov bildirib ki, 2023-cü il həm də şirvanlılar üçün daha bir möhtəşəm tarixlə yadda qalıb. Doğma şirvanlılar 2023-cü ildə özünün müasirliyi ilə göz oxşayan, sosial-iqtisadi yüksəlişi ilə ölkəmizin ən böyük sənaye mərkəzlərindən biri olan, hər zaman bütün sahələri əhatə edən böyük nailiyyətləri ilə respulikamıza səs salan Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyini qeyd edir.

Sonra Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə AzTV tərəfindən Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyinə həsr olunmuş sənədli film nümayiş olunub.

Daha sonra Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illiyi ilə əlaqədar bir qrup şəxsə Şirvan ŞİH başçısının Fəxri Fərmanı və “Zəfər abidəsi” xatirə hədiyyəsi təqdim olunub.

Yubiley tədbiri Şirvan Folklor Evində respublikamızın tanınmış incəsənət nümayəndələrinin ifasında konsert proqramı ilə davam edib. Konsert proqramından öncə “Heydər Əliyev İli” çərçivəsində Şirvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qeyd-Sosial Maarifləndirmə” İctimai Birliyi tərəfindən ulu öndər Heydər Əliyevin müxtəlif zamanlarda çəkilmiş xüsusi fotoşəkillərinin xalça üzərində toxunmuş sərgisi keçirilib.

Konsert proqramı möhtəşəm atəşfəşanlıqla yekunlaşıb.

Həmçinin silsilə tədbirlər çərçivəsində Şirvan ŞİH-nin təşkilatçılığı ilə “Heydər Əliyev ili” və Şirvan şəhərinin respublika tabeli şəhər statusu almasının 60 illik yubileyi ilə əlaqədar şəhərin 20 Yanvar 17, 17A küçəsində və Hacıqəhrəmanlı qəsəbəsində ağacəkmə aksiyası keçirilib.