“Siz əsl kök adamları o qiymətə arıqladın” - Diyetoloqlardan şikayətləndi

siz-esl-kok-adamlari-o-qiymete-ariqladin
Oxunma sayı: 3955

“Baxırsan ki, arıq bir qızı götürüb reklam edirlər ki, bir az qarnım var, bu yeməklə bədən ölçümü dəyişəcəyəm. Siz əsl kök adamları o qiymətə elə arıqladın”​.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri aparıcı Aytən Səfərova “Xəbər ertəsi” proqramında deyib.

Səfərova diyetoloqların müştərilərə təqdim etdiyi yeməklərdən söz açıb. O bildirib ki, bunların qiyməti də çox yüksəkdir: “Mən isə pəhrizdən bezdim. Mənə də eyni yeməkləri göndərirdilər: duzsuz, yağsız. Birdən-birə buna keçmək mümkün deyil. Yeməyi bacardığım qədər yedim. Bədən psixoloji dözmür. 2-3 həftə sonra psixoloji gərginləşdim. Çəki itirdim, amma sonra... İnsan pendir-çörək yeyir, birdən bozbaşa atılır, elə oldum. Qiyməti də bahadır. Əməlli gəlirli biznesdir. Gərək amma peşəkar diyetoloq ola. O pulla sağollaşmağa hazırsınızsa, edin”.