“Sosial şəbəkələrdə yayılan böhtanlar…” - Əliyeva “İçərişəhər”də +Video

sosial-sebekelerde-yayilan-bohtanlar
Oxunma sayı: 5411

Xəbər verdiyimiz kimi birinci vitse-prezident Mehriban Əliyeva bu gün “İçərişəhər”də görülən işlərlə tanış olub. 

“Qafqazinfo” xəbər verir ki, birinci vitse-prezident sosial şəbəkələrdə Qala divarlarının sökülməsinə dair yayılan iddialara və fotoşəkillərə də reaksiya verib:

“Sosial şəkəbələrdə, informasiya məkanında yayılan yalanlar, böhtanlar qarayaxma kampaniyası aparan insanlar haqqında danışmaq heç istəmirəm. Bir şeyi qeyd etmək istəyirəm. Hər insan vicdanı və allah qarşısında cavab verir. Ona görə mən əminəm ki, pis niyyətlə, təxribatla, nifrət hissi ilə heç vaxt yaxşı əməl əldə etmək mümkün deyil. 

Bu gün şəxsən bura gəldim, bütün bu hadisələrin gedişi haqda məndə məlumat var idi. Amma yenə də istəyirdim ki, sahibkarlarla görüşüm. Bir daha əmin olmaq istədim ki, yeni heç bir inşaat yoxdur. Burada tarixi və mədəni abidələrə təhlükə yoxdur, əksinə bütün bu addımlar onların qorunmasına yönəlib".