Feysbuk və İnstaqramın işində problem yaranıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb. Şikayətlər daha çox ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, Kanada, Polşa, Rusiya və digər ölkələrdən daxil olub.
İnstaqram istifadəçilərinin əksəriyyəti (60%) proqramda fasilələrlə üzləşib, 21%-i vebsaytla bağlı problemləri qeyd edib, 19%-i sosial şəbəkənin serverlərinə qoşulma problemlərinə diqqət çəkib.
Feysbuk istifadəçilərinin 51%-i sayta, 24%-i sosial şəbəkənin serverlərinə qoşulmaqda çətinliklə üzləşib, 24%-i isə ümumiyyətlə proqramın işləmədiyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər