“Star” neft emalı zavodu fəaliyyətini müvəqqəti dayandıracaq

star-neft-emali-zavodu-fealiyyetini-muveqqeti-dayandiracaq
Oxunma sayı: 2952

““SOCAR Türkiyə”nin “Star” neft emalı zavodu istifadəyə veriləndən sonra birinci dəfə dayandırılacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu “SOCAR-Türkiyə”nin Emal və Neft-Kimya İş Birliyinin rəhbəri, “Petkim”in baş direktoru Anar Məmmədov mətbuat konfransında deyib.

Onun sözlərinə, gələn il zavodda planlaşdırılmış profilaktik işlər aparılacaq: “Aparılacaq əlavə tədbirlər nəticəsində zavodun dayandırılma tezliyi 4 ildən 5 ilədək uzadılacaq”.

A. Məmmədov, həmçinin qeyd edib ki, zavodun təqribən 2 aylıq planlaşdırılmış profilaktik işlərin aparılması məqsədilə dayandırılması müəssisə üçün müəyyən itkilər deməkdir, lakin zavodun planlaşdırılmış təmirlərə görə fəaliyyətinin dayandırılması, tezliliyin uzadılması maliyyə baxımından müsbət təsir göstərəcək: “Bu, 40 milyon dollar civarında qənaət deməkdir”.

Eyni zamanda A.Məmmədov bildirib ki, zavodun emal gücünün 10 milyon ton olmasına baxmayaraq, ötən il 11 milyon ton neft emal edib. Onun sözlərinə görə, bu il zavodda 12 milyon ton neft emalı planlaşdırılır.

Aynur Baxşalıyeva