Ştaynmayer təyyarədən enmək üçün yarım saat gözləməli oldu - Video

staynmayer-teyyareden-enmek-ucun-yarim-saat-gozlemeli-oldu
Oxunma sayı: 2390

Qətərə səfər edən Almaniya Prezidenti Frank-Valter Ştaynmayer hava limanında təyyarədən enmək üçün yarım saat gözləməli olub. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Deutsche Welle” yayıb. 

Bildirilir ki, nəzərdə tutulan qrafikdən bir qədər tez çatan Ştaynmayer qətərli diplomatlarla görüşmək üçün təyyarənin girişində günəşin altında bir müddət gözləyib. 

Daha sonradan Almaniya Prezidentini Qətərin XİN rəhbəri Sultan bin Saad Əl-Murayhi qarşılayıb. 

Məlumata görə, buna baxmayaraq, Ştaynmayer və Qətər əmiri Şeyx Tamim ibn Həmid Əl Tani arasında görüş planlaşdırıldığı vaxtda baş tutub. 

Bu insident alman jurnalistlərdə Qətər rəhbərliyinin Almaniyaya qarşı münasibətinin soyuyub-soyumaması ilə bağlı suallar doğurub.