Sulara qərq olan təyyarədəki məşhur adlar...

sulara-qerq-olan-teyyaredeki-meshur-adlar
Oxunma sayı: 15033

Rusiyanın məşhur həkimi, “Ədalətli yardım” adlı fondun rəhbəri Yelizaveta Qlinka da qəzaya düşən “Tu-154” təyyarəsinin göyərtəsində olub.

Qafqazinfo” Rusiyanın NTV telekanalına istinadən xəbər verir ki, Həkim Liza adıyla tanınan Qlinkanın aeroportda sənədləşmədə problemlə üzləşdiyi bildirilsə də, Müdafiə Nazirliyi onun göyərtədə olduğunu açıqlayıb. Qadının ölümünü onun həyat yoldaşı Qleb Qlinka da “Snob”a təsdiqləyib.

Həkim Liza Donetsk və Suriya müharibələrində humanitar yardım göstərən, dəfələrlə həmin ölkələrdə olan şəxsdir. O, bir neçə ay öncə xidmətlərinə görə Rusiyanın Dövlət Mükafatını da almışdı.

Ondan başqa, nazirliyin yaydığı siyahıda Rusiyanın Xalq artisti, ölkənin baş hərbi dirijoru, general-leytenant və nəhayət Aleksandrov adına ansamblın rəhbəri Valeriy Xəlilovun da adı var.

Göyərtədə olanlar arasında Rusiya Müdafiə Nazirliyinin mədəniyyət idarəsinin rəisi, Rusiyanın dövlət məsləhətçisi Anton Qubankov da olub.



Xatırladaq ki, Soçidən qalxan təyyarə Qara dənizdə düşüb, göyərtədə 92 nəfər olub. İlkin məlumata görə, onlardan heç birinin sağ qalma ehtimalı yoxdur.