“Sülhməramlılarla bağlı danışıqların vaxtı razılaşdırılır”

sulhmeramlilarla-bagli-danisiqlarin-vaxti-razilasdirilir
Oxunma sayı: 2778

“Hazırda Moskva və Bakı arasında Rusiya sülhməramlı kontingenti ilə bağlı danışıqların növbəti raundunun tarixləri Azərbaycan Xarici İşlər Nazirliyi ilə razılaşdırılır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov “İzvestiya” qəzetinə müsahibəsində deyib. 

“İndi, antiterror əməliyyatı başa çatdıqdan sonra rusiyalı sülhməramlılar Azərbaycan qüvvələri ilə ərazidə patrul, eləcə də binaların və mədəni obyektlərin mühafizəsini həyata keçirir”, - deyə diplomat qeyd edib. 

Səfir, həmçinin Qarabağda müvəqqəti yerləşdirilən rusiyalı sülhməramlıların orada qalma müddətinin 2025-ci ildə başa çatdığını xatırladıb.