“Sumqayıt” braziliyalı oyunçunu transfer etdi

sumqayit-braziliyali-oyuncunu-transfer-etdi
Oxunma sayı: 275

“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun Mətbuat xidməti məlumat yayıb.

“Kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı transfer ediblər. 26 yaşlı yarımmüdafiəçinin son klubu Braziliyanın D seriyasında mübarizə aparan “Ferroviario” olub.

Qeyd edək ki, “Sumqayıt” bu yay Emil Mustafayev (“Polissya”, Ukrayna),  Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), və Jeam Oliveyranı (“Kaşias”, Braziliya) da transfer edib.