Sumqayıtda ağır qəza - 1 ölü, 7 yaralı

sumqayitda-agir-qeza
Oxunma sayı: 3216

Gecə saatlarında Sumqayıt şəhəri Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya daxil olan məlumata görə, qəza nəticəsində 1 nəfər hadisə yerində dünyasını dəyişib, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Sumqayıt xəstəxanasına çatdırılıb. 

Onlardan 3-ü reanimasiya, 1-i travmatologiya şöbəsinə yerləşdirilib, müalicələri davam edir. 3 nəfər isə lazımi tibbi yardım göstərildikdən sonra ambulator müalicəyə buraxılıb.