Sumqayıtda ağır qəza - Ölən var

sumqayitda-agir-qeza
Oxunma sayı: 597

Sumqayıtda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 22:15 radələrində Quba-Bakı yolunun Sumqayıtdan keçən 33-34-cü kilometrliyində qeydə alınıb.

E.Cavanşirli idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən 1969-cu il təvəllüdlü Arif Hüseynqulu oğlu Məmmədovu vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də cinayət işi başlanaraq ibtidai istintaq aparılır.