Sumqayıtda maşın aşdı - 12 yaşlı oğlan öldü

sumqayitda-masin-asdi
Oxunma sayı: 2767

Sumqayıtda ölümlə nəticələnən avtoqəza olub.

“Qafqazinfo” “Report”a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhərinin Hacı Zeynalabdin qəsəbəsində baş verib.

İlkin məlumata əsasən, “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı divara çırpılıb.

Qəza nəticəsində nəqliyyat vasitəsində olan 2013-cü il təvəllüdlü Hüseyn Həsən oğlu Canaliyev hadisə yerində həlak olub. Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.