Sumqayıtda Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı oldu - Fotolar

sumqayitda-polad-hesimovun-bustunun-ve-xatire-muzeyinin-acilisi-oldu
Oxunma sayı: 2067

Sumqayıt şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun büstünün və xatirə muzeyinin açılışı olub.

"Qafqazinfo" xəbər verir ki, Polad Həşimovun təhsil aldığı Sumqayıt şəhər 28 nömrəli tam orta məktəbdə keçirilən açılış mərasimində Sumqayıt şəhər İcra Hakimiyyəti rəhbərliyi iştirak edib.  

Açılışdan öncə büstün önündə məktəblilərin ifasında ədəbi- bədii kompozisiya nümayiş olunub.

Sonra xatirə muzeyinin rəmzi açılışını bildirən lenti kəsilib, tədbir iştirakçıları muzeylə tanış olublar. Muzeydə şəhid general-mayor Polad Həşimovun uşaqlıq və hərbi xidmətdə olduğu dövrə aid olan fotolar, şəxsi əşyaları, sənədlərin surətləri, kitablar nümayiş olunur.