Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası və Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, sentyabrın 19-u Bakıda, Veloparkın qarşısında, Şıx çimərliyi ərazisində təşkil olunacaq yarışda müxtəlif balıqçılıq klublarını təmsil edən 30-dan çox iştirakçı mübarizə aparacaq.
Yarış surfkastinq üzrə beynəlxalq qaydalara uyğun şəkildə keçiriləcək. Tutulan balıqlar müəyyən edilmiş meyarlar əsasında qiymətləndiriləcək və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdiriləcək.
Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılacaqlar.
Son xəbərlər
Son Xəbərlər