Suriyadakı ABŞ bazasına raket zərbələri endirildi

suriyadaki-abs-bazasina-raket-zerbeleri-endirildi
Oxunma sayı: 1392

Suriyanın şərqində, Deyr əz-Zor əyalətində, ABŞ hərbçilərinin nəzarətində olan Əl-Ömər neft yatağı yaxınlığında yerləşən hərbi bazaya hücum edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, obyektə bir neçə raket atılıb, bazanın yerləşdiyi ərazidən partlayış səsləri eşidilib.

Hücumun təfərrüatları və nəticələri barədə məlumat verilməyib.