Suriyaya qarşı sanksiyaların ləğvini müzakirə etdilər

suriyaya-qarsi-sanksiyalarin-legvini-muzakire-etdiler
Oxunma sayı: 1581

ABŞ və Birləşmiş Ərəb Əmirlikləri arasında respublikanın bir sıra şərtlərə əməl etməsi şərti ilə Suriya və Prezident Bəşər Əsədə qarşı sanksiyaların mümkün ləğvi ilə bağlı danışıqlar aparılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadən məlumat yayıb.

“ABŞ və BƏƏ Suriya Prezidenti Bəşər Əsədin İrandan uzaqlaşacağı və “Hizbullah”a silah tədarükünü dayandıracağı təqdirdə ona qarşı sanksiyaların ləğvi imkanını öz aralarında müzakirə ediblər”, - məlumatda qeyd olunub.