Tapdıq Əliyev sədr təyin edildi - Yenilənib

tapdiq-eliyev-sedr-teyin-edildi
Oxunma sayı: 8367

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib.

“Qafqazinfo” Qaynarinfo-ya istinadən xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev Naxçıvan “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” Publik Hüquqi Şəxsin direktoru təyin edilib. Bundan əvvəl sözügedən qurumun direktoru Seyidov Səbuhi Ələkbər oğlu olub.

Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

***

Naxçıvan İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Naxçıvanda “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” ləğv edilib. 

Bildirilib ki, Ali Məclis sədrinin 6 mart 2026-cı il tarixli Fərmanına əsasən, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və onun tabeliyində fəaliyyət göstərən “Sertifikatlaşdırma və Metrologiya Mərkəzi” publik hüquqi şəxs ləğv edilib:

“Fərmana uyğun olaraq, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyində mərkəzin ləğv prosesinin həyata keçirilməsi məqsədilə ləğv etmə komissiyası yaradılıb. İqtisadiyyat nazirinin müavini Tapdıq Əliyev ləğvetmə komissiyasının sədri təyin olunub”.