“Tarakanı öldürməyə qıymadım, gedəndən sonra özümü tənha hiss etdim”

tarakani-oldurmeye-qiymadim-gedenden-sonra-ozumu-tenha-hiss-etdim
Oxunma sayı: 237

Yaponiyanın Baş naziri Sanae Takaiçi rəsmi iqamətgahında qarşılaşdığı tarakanla bağlı maraqlı açıqlama verib. O, reinkarnasiya ehtimalını düşündüyü üçün həşəratı öldürməyə qıymadığını və tarakan yoxa çıxdıqdan sonra özünü tənha hiss etdiyini bildirib.

“Qafqazinfo”nun xəbərinə görə, Takaiçi bu barədə rəsmi iqamətgahında ruhlar görüb-görməməsi ilə bağlı sualı cavablandırarkən danışıb.

Baş nazir iqamətgahda tarakanların çox olduğunu və onlara görə bir neçə dəfə qışqırdığını söyləyib.

Onun sözlərinə görə, bir gün tarakanlardan biri ayaqlarının yanından keçib. Lakin Takaiçi onu öldürməyib və həşəratla duyğusal bağ qurub.

Baş nazir bu qərarını uşaqlıqdan heyran olduğu Osamu Tezukanın “Feniks” manqası ilə əlaqələndirib. O, reinkarnasiya mövzusunda seriallara baxdığını xatırladaraq tarakanın uzun bir yenidən doğulma dövrünün bir hissəsi ola biləcəyini düşündüyünü deyib.

Takaiçi hadisə barədə köməkçisinə danışdıqdan sonra ətrafındakılar vəziyyətin gigiyenik baxımdan qəbuledilməz olduğunu bildiriblər. Daha sonra rəsmi iqamətgahda təmizlik və zərərvericilərə qarşı mübarizə tədbirləri həyata keçirilib.

Baş nazir həmin gündən sonra tarakanı bir daha görmədiyini söyləyib.

Takaiçi həşəratın yoxa çıxmasından sonra rahatlaşdığını bildirsə də, onun getməsindən sonra müəyyən kədər hiss etdiyini etiraf edib.

“Bir az tənha, bəlkə də, bir az kədərli hiss etdim”, – Yaponiya Baş naziri deyib.