Ukrayna Silahlı Qüvvələri pilotsuz uçuş aparatları ilə Rusiyanın Tatarıstan və Dağıstan respublikalarına zərbələr endirib.
“Qafqazinfo” Rusiya mediasına istinadən xəbər verir ki, Tatarıstanın Kazan, Zelenodolsk və Nijnekamsk şəhərlərindəki neft emalı zavodları və “Wildberries” şirkətinin anbarları hücuma məruz qalıb.
Kazan, Nijnekamsk və Buqulma hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq edilib. Dron təhlükəsi barədə həyəcan siqnalı elan edilib.
Bundan başqa, Rusiyanın Xəzər donanmasının bazasının yerləşdiyi Dağıstanın Kaspiysk limanına da hücumlar qeydə alınıb.
Dronların vurulması, həmçinin dağıntılar və zərərçəkənlər barədə rəsmi məlumat verilməyib.
Son xəbərlər
Son Xəbərlər