“Tavuşda delimitasiyanın başlanması ilə bağlı yekun qərar yoxdur”

tavusda-delimitasiyanin-baslanmasi-ile-bagli-yekun-qerar-yoxdur
Oxunma sayı: 1913

“Tavuş vilayətində delimitasiyanın başlanması ilə bağlı yekun qərar yoxdur”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistan Baş nazirinin müavini Mqer Qriqoryan parlamentdə delimitasiya və demarkasiya məsələləri ilə bağlı keçirilən qapalı görüşdə deyib. 

Onun sözlərinə görə, bütün məsələlər üzrə konsensus lazımdır: “Ermənistanla Azərbaycan təhlükəsizlik, eləcə də sərhədyanı zonaların sakinləri üçün sosial-məişət və hüquqi xarakterli məsələlər həll olunduqda demarkasiyaya başlaya bilərlər”.