Tayvanda F-16 döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Tayvan Hərbi Hava Qüvvələri açıqlama yayıb.
Bildirilib ki, ABŞ istehsalı olan “F-16V2 tipli döyüş təyyarəsi adanın şimal-şərqindəki Hualien prefekturası yaxınlığında adi təlim uçuşu zamanı dənizə düşüb.
Qeyd edilib ki, pilot qəzadan əvvəl təyyarədən atılıb və itkin düşən pilotun tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Son xəbərlər
Son Xəbərlər