Tbilisidə 15 yaşlı azərbaycanlının meyiti günlər sonra tapıldı - Foto

tbiliside-15-yasli-azerbaycanlinin-meyiti-gunler-sonra-tapildi
Oxunma sayı: 796

6 günlük axtarışdan sonra Tbilisi dənizində itkin düşən 15 yaşlı Umut Sofiyevin meyiti tapılıb.

“Qafqazinfo” 24News.ge saytına istinadən xəbər verir ki, bu barədə Gürcüstan Fövqəladə Halların İdarə Edilməsi Xidməti məlumat yayıb.

Məlumata görə, itkin düşən yeniyetmənin meyiti xilasedici dalğıclar tərəfindən suyun 30 metr dərinliyində aşkarlanıb.

Xatırladaq ki, Qardabani bələdiyyəsinin Qaracalar kənd sakini 15 yaşlı Umut Sofiyev avqustun 23-ü Tbilisi gölünə çimməyə gedərkən boğularaq həyatını itirib.