Gürcüstanın paytaxtı Tbilisidə hökumətin qərarına etiraz edən vətəndaşlar yenidən aksiya keçirir.
“Qafqazinfo” xəbər verir ki, bu haqda TASS məlumat yayıb.
Bildirilib ki, etirazçılar Rustaveli prospektinə, parlament binasının qarşısına yığışıblar.
Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, etirazçılar parlament binasının fasadındakı 10-a yaxın pəncərəni sındırıblar.
Xatırladaq ki, noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ölkəsinin Avropa İttifaqına daxil olması ilə bağlı danışıqların açılması məsələsinin 2028-ci ilə qədər gündəlikdən çıxarıldığını və Aİ-dən bütün maliyyə qrantlarından imtina edildiyini açıqlayıb.