Ulduz futbolçu Kriştiano Ronaldonun həyat yoldaşı Corcina Rodriges yenidən bahalı zinət əşyaları ilə gündəmə gəlib.
“Qafqazinfo” xəbər verir ki, Corcinanın 75 milyon dollarlıq aksessuarı sosial şəbəkələrdə müzakirə yaradıb.
Qeyd edilib ki, Corcinanın nikah günü taxdığı zinət əşyaları “Chopard” brendinin “Garden of Kalahari” kolleksiyasındandır. Boyunbağı bir neçə nəhəng mərkəzdən - 342 karatlıq parlaq daşlar, 50 karatlıq dairəvi parlaq kəsimli brilyant, 26 karatlıq ürək kəsimi və 25 karatlıq armud kəsimi brilyantdan ibarətdir. Kulon çıxarıla biləndir.
Mütəxəssislərin qiymətləndirmələrinə görə, tək boyunbağının qiyməti təqribən 50 milyon dollar, altı hissədən ibarət ümumi kolleksiyanın dəyəri isə 75 milyon dollar təşkil edir.
Corcinanın nikahda geyindiyi libas isə “Gucci” markasına aiddir.









Son xəbərlər
Son Xəbərlər