Terrorla bağlı 11-ci şəxs həbs edildi

terrorla-bagli-11-ci-sexs-hebs-edildi
Oxunma sayı: 3332

Moskvanın Basmannı məhkəməsi “Crocus Hall”da terror aktı ilə bağlı iş üzrə 11-ci müttəhim Məhəmməd Zoir Şaripzodanı həbs edib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Tacikistan vətəndaşı olan Şaripzoda terror aktı törətməkdə ittiham olunur.

Xatırladaq ki, martın 22-də axşam saatlarında “Crocus City Hall” binasında terror aktı törədilib. Hadisə nəticəsində 144 nəfər həlak olub, 551 nəfər yaralanıb.