Tərtərdə şagirdlərin davası ölümlə bitdi - Yenilənib

terterde-sagirdlerin-davasi-olumle-bitdi
Oxunma sayı: 4043

Tərtərdə məktəbli ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbin qarşısında qeydə alınıb.

Belə ki, həmin məktəbin şagirdi olan 2009-cu il təvəllüdlü oğlanla başqa məktəbin şagirdi olan həmyaşıdı arasında dava-dalaş baş verib.

Yeniyetmələr arasındakı əlbəyaxa dava zamanı onlardan biri ağır xəsarət alıb.

Xəsarət alan 15 yaşlı məktəbli ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da, vəfat edib.

Hadisə ilə bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.

***

Hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

“Mayın 6-da Tərtər rayonu ərazisində iki məktəbli arasında baş vermiş mübahisədən qısa müddət sonra onlardan birinin huşunu itirməsi və aparıldığı xəstəxanada ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsilə cinayət işi başlanıb, hazırda ibtidai istintaq aparılır”, - məlumatda bildirilib.