Təxribat xəbərləri yayanlara xəbərdarlıq edilib

texribat-xeberleri-yayanlara-xeberdarliq-edilib
Oxunma sayı: 1826

“Sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 2 şəxsə xəbərdarlıq edilib”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Baş Prokurorluqda keçirilən geniş kollegiya iclasında baş prokuror Kamran Əliyev deyib.

K.Əliyev bildirib ki, 2020-ci il ərzində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 39 şəxs cinayət başında yaxalanıb, hüquqpozmaları barədə əldə edilmiş məlumatlar əsasında isə 76 cinayət işi başlanıb.

Sosial şəbəkələrdə dövlət orqanlarının həyata keçirdiyi tədbirlərə kölgə salan 23 təxribat xarakterli informasiyanın yayılması faktları araşdırılmaqla, həqiqəti əks etdirməyən həmin məlumatları ictimailəşdirən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülərək, 2 şəxsə qanun pozuntusuna yol verməkdən çəkindirmək haqqında xəbərdarlıq edilib.