“Time” onu ilin aktyoru kimi tanıdı

time-onu-ilin-aktyoru-kimi-tanidi
Oxunma sayı: 161

Nüfuzlu “Time” jurnalı aktyor Leonardo Di Kaprionu ilin aktyoru kimi tanıyıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə nəşrin rəsmi saytında məlumat verilib.

Jurnalistlər qeyd ediblər ki, Leonardo Di Kaprio çoxlarının həsəd aparacağı bir karyera qurub. Xüsusilə, məqalə müəllifləri xatırladırlar ki, onun 1993-cü ildə çəkilmiş “Bu oğlanın həyatı” filmindəki rolu inanılmaz idi.

2025-ci ildə isə Di Kaprio Pol Tomas Andersonun “One Battle After Another” filmində rol aldı və bu film dünya üzrə tənqidçilər və tamaşaçılar tərəfindən rəğbət qazandı.