Tokayev Füzulidə rəsmi açılışda iştirak edəcək

tokayev-fuzulide-resmi-acilisda-istirak-edecek
Oxunma sayı: 4156

Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin rəsmi açılışı baş tutacaq.

“Qafqazinfo”  xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana dövlət səfərindən öncə APA və “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

“2022-ci ilin avqust ayında Bakıya səfərimdə Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan etdim. Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur.

Şübhəsiz ki, bu müəssisə ölkələrimiz və xalqlarımızın dostluğunun, qardaşlığının, qarşılıqlı dəstəyinin daha bir simvoluna çevriləcək”, - Tokayev qeyd edib.