Tovuzda yol qəzası olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Əsrik-Cırdaxan kəndi ərazisindəqeydə alınıb.
Belə ki, “Lada Granta” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.
Nəticədə sürücü, 1994-cü il təvəllüdlü İsmət Nağıyev həyatını itirib.
Onun Vətən müharibəsi qazisi olduğu bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
Yunis Quliyev


Son xəbərlər
Son Xəbərlər