Bakıda ağır qəza - Anbaan video

bakida-agir-qeza
Oxunma sayı: 560

Paytaxtın Cəfər Xəndan küçəsində ağır qəza baş verib.

“Qafqazinfo” Oxu.Az-a istinadən xəbər verir ki, hadisə günorta saatlarında qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlar olub. Bildirilir ki, yaralılar arasında azyaşlı da var. Xəsarət alanlardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilib.

Onlarda çoxsaylı travmalar, döş qəfəsinin əzilməsi, yer dəyişmiş sümük sınıqları və daxili qanaxma aşkarlanıb. Hər iki yaralıya ilkin tibbi yardım göstərildikdən sonra reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib.

Hadisənin görüntülərini təqdim edirik: