Tovuzda sel körpünü dağıtdı - Kəndin rayonla əlaqəsi kəsildi

tovuzda-sel-korpunu-dagitdi
Oxunma sayı: 260

Tovuzda güclü yağışdan sonra sel gəlib.

“Qafqazinfo” xəbər verir ki, hadisə rayon ərazisində baş verib.

Belə ki, güclü sel Zəyəm çayının üzərində yerləşən körpünü dağıdıb.

Hadisə nəticəsində, İsəkənd kəndinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Qeyd edək ki, hazırda bölgədə qeyri-sabit hava şəraiti davam edir.

Yunis Quliyev